Bu gün Bakı-Sumqayıt qatarında ləngimə yaranıb – SƏBƏB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Bakı-Sumqayıt qatarında ləngimə yaranıb – SƏBƏB

11:22 - 03 / 10 / 2019
Bu gün Bakı-Sumqayıt qatarında ləngimə yaranıb – SƏBƏB

Bakı-Sumqayıt-Bakı qatarının hərəkətində ləngimə yaranıb.

Bunu 1news.az-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən (QSC) bildiriblər.

Gecikməyə səbəb Keşlə stansiyasında yan qidalandırıcı xətdə texniki nasazlıq olub:

"Bu gün Keşlə stansiyasında yan qidalandırıcı xətdə texniki nasazlıq yarandığından Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkətində qısa ləngimə olub. Nəticədə 6008 və 6010 saylı qatarlar qrafikdən çıxıb. Operativ tədbirlər nəticəsində 25 dəqiqə ərzində nasazlıq aradan qaldırılıb. Hazırda Bakı-Sumqayıt-Bakı marşrutu ilə elektrik qatarları cədvəl üzrə hərəkət edir".

S.Xankişiyeva

 

Paylaş:
424

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər