Deputat dron təxribatından danışdı: “Stadiona dronla nənələrinin tumanını gətirmişdilər”

Ermənilər birinci dəfə deyil ki, bizə qarşı təxribatlar törədirlər, dəfələrlə belə hadisələr olub.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı, Ağdam klubunun azarkeşi Aqil Abbas Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburqda keçirilən “Düdelanj” və “Qarabağ” qarşılamasında ermənilərin klubumuza qarşı tərxribat törətməsini şərh edərkən deyib.
Millət vəkili üzrxahlığa baxmayaraq, bu məsələdə Lüksemburq hökumətini günahlandırıb:
“Bu dəfə ermənilər dronla stadiona girib, nənələrinin tumanını, əski parçasını endiriblər. Ora bomba da endirə bilərdilər, böyük faciə olardı. Görünür, orada təhlükəsizlik xidməti yaxşı işləmir”.
A.Abbas qeyd edib ki, bu məsələ mütləq araşdırılacaq, Luksemburq klubu və əski parçasını stadiona gətirənlər cəzalandırılacaq:
“AFFA da məsələ ilə bağlı rəsmi etirazını bildirməlidir. Oyun ərəfəsində rəhbərlik etirazını bildirdi, onlar da üzr istədilər”.
Qeyd edək ki, “Düdelanj” - “Qarabağ” matçının 31-ci dəqiqəsində dron vasitəsilə stadionun üzərinə Qarabağ separatçılarının qondarma "bayrağı" gətirilib. Futbolçularımız buna qəti etirazlarını bildiriblər. Meydanda gərgin anlar yaşanıb. Qarşılaşmanın baş hakimi bu səbəbdən oyunu dayandırıb. Görüş 30 dəqiqəlik fasilədən sonra bərpa edilib.
1news.az