Mübariz Əhmədoğlu: Ukraynadan qabaq ATƏT MQ Azərbaycanın işğal olunmuş əraziləri terminini istifadə ediblər | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ukraynadan qabaq ATƏT MQ Azərbaycanın işğal olunmuş əraziləri terminini istifadə ediblər

09:30 - 04 / 10 / 2019
Mübariz Əhmədoğlu: Ukraynadan qabaq ATƏT MQ Azərbaycanın işğal olunmuş əraziləri terminini istifadə ediblər

Ukrayna Xarici İşlər nazirliyi qısa zaman kəsiyində iki dəfə Dağlıq Qarabağ məsələsinə münasibət bildirdi. Münasibət beynəlxalq hüquq normalarına və ədalətə uyğun mövqedir. Bu da Azərbaycanın maraqlarına cavab verir, eynilə o səbəbdən də ermənilərin maraqlarına cavab vermir.

Ermənistan Xarici İşlər Nazirliyi Ukraynaya hiddətlənir. Ermənilərin mahiyyətini bilən adamlarda təəccüb doğurmamalıdır. ATƏT-in Minsk Qrupunun həmsədri Fransanın Xarici İşlər Nazirliyinin bəyanatlarında dəfələrlə göstərilib ki, Dağlıq Qarabağ Azərbaycanın coğrafi ortasında olan ərazisidir. Fransa daimi olaraq öz vətəndaşlarına Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa getməməyi məsləhət bilir. ABŞ Dövlət Departamentinin dünyada insan hüquqlarının vəziyyəti ilə bağlı yaydığı illik ənənəvi hesabatlarında həmişə göstərilir ki, Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın 7 rayonu Ermənistanın dəstəklədiyi erməni separatçılarının nəzarəti altındadır. 

Bu fonda Ermənistan Xarici İşlər Nazirliyinin özünü bilməmiş göstərməsi diqqətdən kənarda qalmır.

Qaldı ki, “işğal olunmuş ərazilər” termininə, bu termini icad edən Ukrayna Xarici İşlər Nazirliyi deyil. ATƏT-in Minsk Qrupu həmsədrləri rəsmi bəyanatlarda ən azı 3 dəfə Azərbaycanın işğal olunmuş əraziləri terminini işlədiblər.

Dəyərlər məsələsinə qalanda təbii ki, burda artıq məsələ kökündən fərqlənir. Çünki Ukrayna doğrudan da elə ümumbəşəri dəyərlərə riayət edən ölkədir ki, acından ölən ermənilərə sığınacaq verib, onları varlandırıb. Bu gün öz ölkəsindən bir köynək ilə çıxan Vilen Şatvoryan nəinki Ukrayna, bütövlükdə Şərqi Avropada ən imkanlı ermənilərdən biridir və digər ermənilərə də kifayət qədər yardım əli uzadır. Bu Ukraynanın dəyərlərə sadiqliyinin göstəricisidir. Əgər V.Şatvoryan və onun ətrafında olan ermənilər üçün Ermənistandakı “dəyərlər” daha dəyərlidirsə, Ermənistana qayıda bilərlər. Yoxsa Ukrayna xalqının pulunu qazanıb və bu pulu Ukrayna dövlətinin əleyhinə çevirmək- bu ancaq erməni xislətidir. Ukrayna və o cümlədən dünyanın digər yerlərində belə dəyərlər sistemi yoxdur.

Demokratiyaya qaldıqda isə müasir Ermənistanda Konstitusiya Məhkəməsinin qərarı adi məhkəmə tərəfindən rədd olunur. N.Paşinyanın xoşuna gəlməyən adamla şəkil çəkdirmək dərhal həmin adamın vəzifədən azad olunmasına gətirib çıxarır. Hər həftə Ermənistanda qəzet redaksiyalarına hücumlar var. Hansısa bir vəzifəlini işdən çıxarmaq mümkün deyilsə, onun qohum-əqrəbaları hamısı həbsxanadadır. Bu baxımdan da Ermənistanın demokratik dəyərdən danışması dünyanın ən absurd məsələlərindəndir.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
515

Son xəbərlər

Bütün xəbərlər