XİN: “Düdelanj”-“Qarabağ” matçındakı təxribatla əlaqədar Lüksemburqdakı səfirə tapşırıq verilib | 1news.az | Xəbərlər
Siyasət

XİN: “Düdelanj”-“Qarabağ” matçındakı təxribatla əlaqədar Lüksemburqdakı səfirə tapşırıq verilib

09:41 - 04 / 10 / 2019
XİN: “Düdelanj”-“Qarabağ” matçındakı təxribatla əlaqədar Lüksemburqdakı səfirə tapşırıq verilib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lüksemburqda "Düdelanj"-"Qarabağ" futbol matçı zamanı baş verən təxribatı nəzərə alaraq vəziyyəti izləyir.

Bunu Azərbaycan XİN Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

"Lüksemburqda akkreditə olunmuş səfirə bu ölkənin Xarici İşlər Nazirliyi ilə əlaqə yaratmaq və təxribatlara cavabdeh şəxslərin tapıldığına və müvafiq məsuliyyət daşıyacaqlarına əmin olmaqla bağlı tapşırıq verilib" - L. Abdullayeva bildirib.

Xatırladaq ki, "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Düdelanj"ı məğlub edib.

S.Xankişiyeva

 

 

Paylaş:
1755

Son xəbərlər

Bütün xəbərlər