Bakıda ağır qəza: 11 nəfər yaralandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ağır qəza: 11 nəfər yaralandı

10:28 - 07 / 10 / 2019
Bakıda ağır qəza: 11 nəfər yaralandı

Bakıda ağır yol qəzası baş verib.

1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, hadisə oktyabrın 7-də səhər saatlarında Qala -Pirallahı yolunda (Zirə Bolmarketin yanı) qeydə alınıb.

Hadisə yerinə gələn Təcili Tibbi yardım briqadası 11 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb.

Xəstəxanadan verilən məlumata görə, müraciət edən 11 nəfərdən 9-na ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib:

“İki nəfərin müalicəsi davam edir. Həkimlər xəstəxanada qalan iki nəfərin vəziyyətini orta-ağır kimi qiymətləndirir. Həyatları üçün təhlükə yoxdur”.

1news.az

Paylaş:
710

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər