Müflis elan olunan banklarda batan pullar geri qaytarılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Müflis elan olunan banklarda batan pullar geri qaytarılır

10:05 - 08 / 10 / 2019
Müflis elan olunan banklarda batan pullar geri qaytarılır

“Oktyabrın 16-dan etibarən müflis elan olunan banklarda 10 min dollar və ya 17 min manatdan çox olmayan sığortalanmayan əmanətləri olan vətəndaşlar pullarını geri ala biləcəklər”.

Bu barədə iqtisadçı Vüqar Bayramov Facebook hesabında yazıb.

Onun sözlərinə görə, müflis olan bankda vətəndaşımızın qorunmayan əmanəti olubsa və onun məbləği 10 min dollardan çox deyilsə, o zaman həmin vəsait qaytarılacaq. Qeyd edim ki, iki həftə öncə qorunmayan əmanətlərin qaytrarılacağı haqda sosial şəbəkə statusumda məlumat vermişdim. Daha sonra bu rəsmi olaraq təsdiqləndi. Proses ilə bağlı ən çox verilən suallar hansı müflis olmuş banklarda olan vəsaitin qaytarılması və hansı bank vasitəsi ilə ödənilməsi barədədir.

Hansı banklarda olan qorunmayan əmanətlər qaytarılacaq? Ləğv prosesində olan “Atrabank”, “Royalbank”, “Kredobank”, “Zaminbank”, “Bank of Azerbaijan”, “Qafqaz İnkişaf Bankı”, “Bank Standard”, “Yunayted Kredit Bank”, “Texnikabank”, “Dəmirbank” və “Gəncəbank”-da olan məbləği 17 min manatdan (və ya 10 min dollar) çox olmayan qorunmayan əmanətlər qaytarılacaq. Qorunmayan əmanəti almaq üçün hansı banka müraciət etmək lazımdır? Kompensasiya “Kapitalbank” vasitəsi ilə qaytarılacaq və bu haqda fond əlavə məlumat verəcək".

V.Bayramov bildirib ki, ilkin qiymətləndirmələrə görə, 50 mindən çox əmanətçinin qorunmayan depoziti geri qaytarılacaq:

"Qeyd edək ki, müflişləsən banklarda qorunan əmanətlərin qaytarılması həyata keçirilirdi və sığortalanmayan depozitlər ödənilmirdi. Halbuki bank həmin vəsaitdən istifadə edib gəlir əldə etmişdi. Amma vətəndaş pulu geri ala bimirdi. Bu baxımdan həmin əmanətlərin geri qaytarılması həm hüquqi, həm də sosial cəətdən vacib idi".

Bildirək ki, CESD differensial olaraq qorunmayan əmanətlərin 10 min dollarının və ya 17 min manatının qaytarılmasını təklif edir.

S.Xankişiyeva

 

Paylaş:
2112

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər