XİN: Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir | 1news.az | Xəbərlər
Siyasət

XİN: Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir

14:16 - 11 / 10 / 2019
XİN: Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir

Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini dəstəkləyir.

1news.az-ın verdiyi xəbərə görə, bu fikir Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında öz əksini tapıb.

Bəyanatda deyilir: “Bu mənada biz əminik ki, Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Sülhün mənbəyi” əməliyyatı Suriyanın ərazi bütövlüyü çərçivəsində terror riskinin aradan qaldırılmasına, qaçqınların öz evlərinə qayıtmasına, humanitar problemlərin həll edilməsinə, sülh və sabitliyin təmin edilməsinə xidmət edəcək”.

S.Xankişiyeva

 

Paylaş:
441

Son xəbərlər

Bütün xəbərlər