Macarıstanda millimizə qarşı böyük haqsızlıq – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Macarıstanda millimizə qarşı böyük haqsızlıq – VİDEO

09:42 - 14 / 10 / 2019
Macarıstanda millimizə qarşı böyük haqsızlıq – VİDEO

Məlum olduğu kimi, Avro-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçirilir.

1news.az-ın məlumatına görə, milli komandamız dünən axşam səfərdə Macarıstanla qarşılaşıb. Xatırladaq ki, millimiz Bakıda keçirilmiş ilk oyunda rəqibinə 1:3 hesabı ilə uduzmuşdu.

Görüşün taleyini bir qol həll edib. 10-cu dəqiqədə M.Korhut meydan sahiblərinə qələbə qazandıran qola imza atıb.

Millimiz 90+3-cü dəqiqədə Bəhlul Mustafazadənin təmiz qolu ilə hesabı bərabərləşdirsə də, görüşün hollandiyalı referisi Dennis Yohan qolu qeydə almayıb. Üstəlik, baş hakim Mustafazadənin əllə oynadığını iddia edərək ona sarı vərəqə göstərib. Beləliklə, oyun macarların qələbəsi ilə başa çatıb - 1:0.

Bununla da, millimiz Avro-2020-nin final mərələsinə vəsiqə şansını rəsmən itirib.

13 oktyabr

Avro-2020-nin seçmə mərhələsi

E qrupu
 
20:00. Macarıstan - Azərbaycan - 1:0
Qol:
 M.Korhut, 10
Baş hakim: Dennis Yohan Hiqler (Hollandiya).
Budapeşt. "Qrupama Arena" stadionu.
 

1.

Xorvatiya

6

4

1

1

13:5

13

2.

Macarıstan

7

4

0

3

8:9

12

3.

Slovakiya

6

3

1

2

10:8

10

4.

Uels

5

2

1

2

5:5

7

5.

Azərbaycan

6

0

1

5

5:14

1

1news.az

Paylaş:
796

Son xəbərlər

Bütün xəbərlər