Bakıda işədüzəltmə adı ilə insanları aldadırlar | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda işədüzəltmə adı ilə insanları aldadırlar

11:57 - 16 / 10 / 2019
Bakıda işədüzəltmə adı ilə insanları aldadırlar

Xaçmaz sakini Bakıda aldadılıb. Özünü dövlət qurumunun əməkdaşı kimi təqdim edən bir şəxs ondan işə düzəltmək adı ilə pul alıb. Rayon sakini indi onu aldadan adamla əlaqə qura bilmir.

1news.az xəzər xəbər-ə istinadla bildirir ki, tanımadığı adama işə düzəlmə adı ilə pul verib. İndi nə işə düzəlir, nə də pulunu geri ala bilir.

Hadisə Xaçmaz rayon sakini Hikmət Qurbanovun başına gəlib. O deyir ki, Bakıda təsadüfən tanış olduğu Eldəniz Əliyev adlı şəxs ona işə düzəltmək adı ilə təklif edib.

Özünü bir qurumun əməkdaşı kimi təqdim edən Eldəniz ondan bunun müqabilində pul istəyib.

Aralarında belə razılaşıblar ki, qalan 300 manatı isə işə düzələndən sonra alacaq. Avqust ayında pulu verən Hikmət sentyabrın 7-də işə getməli imiş. Eldəniz Əliyev Hikməti inandırmaq üçün özünün şəxsiyyət vəsiqəsinin surətini də verib.

Hikmət Qurbanov aldadıldığını biləndən sonra aradan ay yarım keçməsinə baxmayaraq pulunu geri ala bilmir. Bir neçə dəfə həmin şəxsdən ''narahat olma, pulunu qaytaracam'' mesajları da alıb. Lakin indi onu aldadan adamla əlaqə qura bilmir. Hikmət Qurbanov başına gələn hadisə ilə bağlı polisə məlumat verib.

Qeyd edək ki, son vaxtlar işədüzəltmə adı ilə insanların aldadılması halları artıb. Buna görə də iş axtaran insanlara daha diqqətli olmalarını tövsiyə edirik. 

1news.az

Paylaş:
700

Son xəbərlər

Bütün xəbərlər