Meliorasiya və Su Təsərrüfatı ASC-yə 790 000 manat ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Meliorasiya və Su Təsərrüfatı ASC-yə 790 000 manat ayrılıb

17:17 - 17 / 10 / 2019
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 790 000 manat ayrılıb

Prezident İlham Əliyev Yuxarı Şirvan kanalının Türyan çayı ilə kəsişməsindəki dükerin mühafizəsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamla “Yuxarı Şirvan kanalının Türyan çayı ilə kəsişməsindəki dükerin yumaya qarşı mühafizəsi üçün barraj-fiksatorun təmir-bərpası”nın başa çatdırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 000 (yeddi yüz doxsan min) manat vəsait ayrılıb.

S.Xankişiyeva

 

Paylaş:
696

Son xəbərlər

Bütün xəbərlər