Fəxrəddin Manafov Vaqif İbrahimoğlu haqqında: Sən yaşarkən də əbədi idin | 1news.az | Xəbərlər
Cəmiyyət

Fəxrəddin Manafov Vaqif İbrahimoğlu haqqında: Sən yaşarkən də əbədi idin

10:15 - 21 / 10 / 2019
Fəxrəddin Manafov Vaqif İbrahimoğlu haqqında: Sən yaşarkən də əbədi idin

18 oktyabr – Sovet-Azərbaycan aktyoru, rejissor, Azərbaycanın Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun doğum günüdür.

1973-1976-cı illərdə o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olub. 1976-1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyəti nəzdində Eksperimental studiya-teatrının bədii rəhbəri, 1979-1982-ci illərdə Təlim teatrının, 1982-1989-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş rejissoru olub.

O, Azərbaycan Dövlət Akademik Mill Dram Teartının, eləcə də Türkiyənin Ankara, Bursa, Estoniyanın “Uqala” teart səhnələrində tamaşalar hazırlayıb. 1989-cu ildən Vaqif İbrahimoğlu “YUĞ” teatrının bədi rəhbəri və baş rejissoru olub. Vaqif İbrahimoğlu 2011-ci ilin mayın 12-də vəfat edib.

Vaqif İbrahimoğlunun doğum günü münasibətilə Xalq artisti Fəxrəddin Manafov 1news.az-la onunla bağlı xoş xatirələrini bölüşüb:

“Mərdəkan tərəfə gedirəm... Müqəddəs Pirə yaxınlaşıram.. Maşını qəbristanlıq tərəfə çevirdim... və Sən.. qara daşlarda sadəcə “Vaqif İbrahimoğlu” yazısı həkk olunub... Nə doğum günün, nə ölüm günün, nə şəklin, nə də hansı peşəyə sahib olduğun haqda bir işarə belə yoxdur. Sadəcə qranit daşındakı güllər canlıdır...

Sən hələ yaşarkən də əbədi idin. Hər şeyini hamıya bəxş etdin. “Gəlin, baxın, öyrənin, davamçı olun, təkrarlayın, yalnız götürün”.

Sən səmadan gəlmişdin, dünyəvi qayğılarla maraqlanmadan səmaya da qayıtdın...

Memuarlar yazmadın, təltif və mükafatlar gözləmədin, sağlamlığını düşünmədin... “Avrora” papirosları və çay. Zamanla “Avrora”nı “Prima”ya dəyişdin və hər zaman teatrının qapıları açıq idi...

Mənim ustadım belə idi!

P.S. O sistemin maneələri arasında çıxmağa çalışırkən, arzularını həyata keçirdikdə mən səninlə idim... Bu, demək olar ki, mümkünsüz idi, lakin sən bunu bacardın – Öz arzunu reallaşdırdın.

Bu gün sənə daha yaxşı ola bilərdi...

Bu gün söyləməyəcəyəm ki, sən bizimlə deyilsən. Sənin açıq qapılarından biz hamımız daxil olduq, hər şeyi qavradıq, təkrarladıq və öyrəndik.

Ustadım, sən əbədisən. Sən hər zaman bizimləsən. Sən illərlərin kəmiyyəti ilə ölçülmürsən, lakin dünyəvi ölçülərə görə sənin bu gün 70 yaşın oldu.

Allah sənə rəhmət eləsin, ustadım. Fəxrəddin Manafov”.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
3262

Son xəbərlər

Bütün xəbərlər