Azərbaycanla Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

Çin Xalq Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pekində keçirilən IX Syanşan Forumunda iştirak edib.
1news.az-ın məlumatına görə, səfər çərçivəsində Müdafiə naziri həmçinin Çinin müdafiə sənayesi kompleksinə daxil olan “Poly Technologies” və “CETC International” şirkətlərinin nümayəndələri ilə görüşüb.
Görüşlərdə Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.
1news.az
593