Şahin Mustafayev Baş nazirin müavini təyin edildi | 1news.az | Xəbərlər
Rəsmi

Şahin Mustafayev Baş nazirin müavini təyin edildi

16:26 - 22 / 10 / 2019
Şahin Mustafayev Baş nazirin müavini təyin edildi

Prezident İlham Əliyev Ş.A.Mustafayevin Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilsin.

Dövlət başçısının digər sərəncamı ilə Ş.Mustafayev Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib.

S.Xankişiyeva

 

Paylaş:
1742

Son xəbərlər

Bütün xəbərlər