ATƏT cəbhənin Ağdam istiqamətində monitorinq keçirib | 1news.az | Xəbərlər
Siyasət

ATƏT cəbhənin Ağdam istiqamətində monitorinq keçirib

12:33 - 23 / 10 / 2019
ATƏT cəbhənin Ağdam istiqamətində monitorinq keçirib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 23-də Ağdam rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Bu barədə 1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçiriblər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Mixail Olaru aparıblar.

S.Xankişiyeva

 

Paylaş:
528

Son xəbərlər

Ucarda avtomobil kanala aşıb

23 / 09 / 2026, 15:52
Bütün xəbərlər