İran prezidenti Həsən Ruhani Azərbaycana səfərə gəlib | 1news.az | Xəbərlər
Siyasət

İran prezidenti Həsən Ruhani Azərbaycana səfərə gəlib

13:16 - 24 / 10 / 2019
İran prezidenti Həsən Ruhani Azərbaycana səfərə gəlib

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İran Prezidenti Həsən Ruhanini hava limanında Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.

1news.az

Paylaş:
490

Son xəbərlər

Bütün xəbərlər