Mübariz Əhmədoğlu: Ermənilər sivil coğrafiyada monoetnikliyi və monokonfessionallığı ilə öyünən yeganə xalqdır | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənilər sivil coğrafiyada monoetnikliyi və monokonfessionallığı ilə öyünən yeganə xalqdır

11:16 - 24 / 10 / 2019
Mübariz Əhmədoğlu: Ermənilər sivil coğrafiyada monoetnikliyi və monokonfessionallığı ilə öyünən yeganə xalqdır

Ermənilər özlərini sivil dünyanın tərkib hissəsi sayırlar. Bu vaxta qədər xidmət etdikləri və dəstək aldığı dövlətlərin hamısı polietnik, polikonfessional dövlətlərdir.

Özünə müştəbehlik bizim regionda yalnız ermənilərə məxsusdur və ona görə ermənilər bu sahədə də çalışırlar ki, orijinal olsunlar. Ksenofobiya bu cür formalaşır və faşizmə çevrilir. Amma heç kəs Ermənistanın monoetnik və monokonfessional dövlət olması ilə öyünməsinə diqqət ayırmayıb. Ermənistanda N.Paşinyan hakimiyyətə gəldikdən sonra bu ideyalar yenidən güclənib və geosiyasi parametrə çevrilir. Ermənistanda Paşinyanın yaratdığı “Orbeli” mərkəzinin digər dövlətlərə və maraq qruplarına təlqin etdiyi fikirlərin kökündə dayanan təməl prinsiplərindən biri də Ermənistanın monoetnik, monokonfessional dövlət olmasıdır.

Yaxınlarda guya Şuşada Azərbaycanın ərazisində yaşayan aftoxton xalqların təmsilçiləri iclas keçirdi və Azərbaycandakı vəziyyətlə bağlı guya müraciət hazırlayıblar. Mətndən bəllidir ki, orada heç bir yığıncaq olmayıb. Sadəcə satılmış, özünü  milli azlıqlardan birinin təmsilçisi  adlandıranlardan kimsənin oturub stol arxasında hazırladığı müraciətdir.

Ermənilər artıq başa düşməlidirlər ki, onların yalanları xüsusilə bu cür yalanları yerimir.

Bu milli azlıq təmsilçilərinin xəyanətkarlığı erməni separatçılarının, Azərbaycana qarşı xəyanətkarlığının demək olar ki, eynisidir.

Paradoksdur ki,millli azlıq təmsilçisi monoetnik, monokonfessional və etnik təmizləmələr həyata keçirmiş dövlətin platformasına söykənib polietnik, polikonfessional Azərbaycana şər böhtan yağdırır.

Beynəlxalq ictimaiyyət nəzərə almalıdır ki, Ermənistan müstəqil olduqdan sonra ilk işi öz ərazisindəki qeyri-erməni millətləri, digər dinin təmsilçilərini qovmaq oldu. Nəticədə monoetnik, monokosfensional dövlətə çevrildi. Deportasiya olunan xalqlardan biri də Ermənistan SSR-nin tərkibində yaşayan azərbaycanlılar idi. Ruslar, digər slavyan xalqları da Ermənistandan qovuldular. Məşhur “İvan çamadanını götür, get evinə” şüarı “Miatsum” şüarı ilə təxminən eyni vaxtda səsləndi.

Regionun, ümumiyyətlə sivil dünyanın vacib məsələlərindən biri Ermənistanın faşizmə gedən ksenofobiyasının qarşısının kəsilməsidir. Ermənistan əvvəlki tək  polikonfessional, polietnik dövlətə çevrilməlidir.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
675

Son xəbərlər

Bütün xəbərlər