Bakıda məktəb stadionunun ərazisində bina tikilir - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda məktəb stadionunun ərazisində bina tikilir - VİDEO

12:23 - 24 / 10 / 2019
Bakıda məktəb stadionunun ərazisində bina tikilir - VİDEO

Bakıda məktəbin stadionunda bina tikilir. Hətta stadionun müəyyən hissəsi hasara alınıb.

1news.az
xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Nəsimi rayonu, Abdulla Şaiq adına 54 nömrəli məktəbdən gedir.

Məktəbin stadionunda bir neçə müddətdir ki, bir tikinti şirkəti tərəfindən işlər başlanıb. Bu isə öz növbəsində məktəb rəhbərliyinin və orda təhsil alanların narazılığına səbəb olub.

Məktəb direktoru Sahibə Abbasova deyib ki, bununla bağlı tikinti şirkəti ilə nə qədər danışıq aparmaq istəsələr də, nəticəsiz qalıb.

Vəziyyətdən ən çox əziyyət çəkən isə məktəbin şagirdləridir.

Məsələ ilə bağlı tikinti aparan şirkətin nümayəndələri ilə görüşdük. Bildirildi ki, onlar burada 1 bloklu, 10 mərtəbəli binanın tikintisi işlərinə başlayıblar və bunun üçün aidiyyəti orqanlardan bütün sənədləri alıblar. Dediklərinə görə, apardıqları iş qanunsuz deyil və harasa əlavə müdaxilə etmirlər.

Məktəb rəhbərliyi isə lazımi tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

1news.az

Paylaş:
620

Son xəbərlər

Bütün xəbərlər