AZAL qış uçuş cədvəlinə keçib | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL qış uçuş cədvəlinə keçib

14:18 - 28 / 10 / 2019
AZAL qış uçuş cədvəlinə keçib

“Azərbaycan Hava Yolları” QSC-nin qış uçuş cədvəli qüvvəyə minib.

QSC-dən 1news.az-a bildirilib ki, qış uçuş cədvəli çərçivəsində Bakıdan Almatı, Ankara, Antalya, Pekin, Berlin, Dubay, Gəncə, İstanbul, Ciddə, Küveyt, London, Milan, Moskva, Naxçıvan, Nyu-York, Paris, Sankt-Peterburq və Təl-Əviv istiqamətləri üzrə birbaşa reyslər həyata keçiriləcək. Həmçinin 20-dən çox istiqamət üzrə uçuşlar “code-share” tərəfdaş aviaşirkətlər ilə birlikdə yerinə yetiriləcək.

Gəncədən Bakı və Moskvaya reyslər, həmçinin Sankt-Peterburqa çarter reysləri həyata keçiriləcək. Lənkərandan Moskvaya birbaşa reyslər həftədə bir dəfə olmaq ilə davam etdiriləcək.

Qış uçuş cədvəli gələn il martın 28-dək qüvvədə olacaq. Avaibiletləri “www.azal.az” saytında əldə etmək mümkündür.

Uçuşlar haqqında ətraflı məlumatı cədvəldən əldə edə bilərsiniz: https://www.azal.az/upload/pdf/Timetable_AZAL_az.pdf

S.Xankişiyeva

 

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər