Biabırçı məğlubiyyətə görə maaşdan imtina etdilər | 1news.az | Xəbərlər
Futbol

Biabırçı məğlubiyyətə görə maaşdan imtina etdilər

15:29 - 28 / 10 / 2019
Biabırçı məğlubiyyətə görə maaşdan imtina etdilər

İngiltərə Premyer Liqasında "Lester" önündə darmadağın olan (0:9) "Sauthempton" nümunəvi addımla diqqət çəkib.

1news.az matc.az-a istinadən xəbər verir ki, komandanın məşqçilər korpusu və futbolçuları maaşlarının bir hissəsindən imtina ediblər.

Belə ki, onlar əməkhaqqılarının müəyyən məbləğini xeyriyyə fonduna bağışlamaq qərarına gəliblər. Klub həmin məbləği yoxsullara kömək edən fonda köçürəcək.

Qeyd edək ki, "Sauthempton" öz meydanında 9 cavabsız top buraxaraq, tarixinin ən böyükhesablı məğlubiyyətini alıb. "Lester" isə Premyer Liqada səfərdə 9 qol vuran ilk klub olub.

1news.az

Paylaş:
629

Son xəbərlər

Bütün xəbərlər