Ağdaş Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Ağdaş Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb - SƏRƏNCAM

15:00 - 29 / 10 / 2019
Ağdaş Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev Ağdaş şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncama əsasən, Ağdaş şəhərində qəzalı vəziyyətdə olan evlərdə məskunlaşmış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdaş Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

S.Xankişiyeva

 

Paylaş:
512

Son xəbərlər

Bütün xəbərlər