Sabahın havası: yağış yağacaq, temperatur aşağı enəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahın havası: yağış yağacaq, temperatur aşağı enəcək

13:19 - 30 / 10 / 2019
Sabahın havası: yağış yağacaq, temperatur aşağı enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabr ayının 31-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir, gecə və səhər yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 11-14, gündüz 15-18, Bakıda gecə 12-14, gündüz 16-18 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

 Azərbaycanın rayonlarında oktyabrın 31-də gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında yağışın intensivləşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 17-22, dağlarda gecə 3-7, gündüz 8-11 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 31-də Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, küləkli və yağışlı olacağı, temperaturun bir qədər aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

1news.az

Paylaş:
435

Son xəbərlər

Bütün xəbərlər