Leyla Əliyeva VIII Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesinin açılında iştirak edib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Leyla Əliyeva VIII Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesinin açılında iştirak edib – FOTO

09:11 - 30 / 10 / 2019
Leyla Əliyeva VIII Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesinin açılında iştirak edib – FOTO

Oktyabrın 29-da Rusiya paytaxtında VIII Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesi açılıb.

AZƏRTAC xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Rusiya Dövlət Tretyakov Qalereyasında keçirilən sərgi “Məkan oriyentasiyası” mövzusuna həsr olunub. Müasir İncəsənət Biennalesində 11 ölkədən 34 rəssamın 50-dən çox əsəri nümayiş etdirilir.

Ekspozisiyada Azərbaycan rəssamları Orxan Məmmədovun “Estetikanın saxlanması ideyası” və Leyla Əliyevanın “Əbədiyyət” multimedia installyasiyaları təqdim olunur.

Orxan Məmmədovun təqdim etdiyi installyasiya da müxtəlif dövrlərə aid 50-dən çox Azərbaycan xalçasının naxışları toplanıb. Rəssamın süni intellektdən istifadə edərək hazırladığı art-obyektdə naxışlar bir-birini əvəzləyir.

Leyla Əliyevanın rəhbərliyi ilə 20 nəfərdən ibarət yaradıcı kollektivin video-art janrında hazırladığı “Əbədiyyət” əsərində insan cəsarətindən söhbət açılır.

İlk dəfə olaraq Moskva Biennalesinin tərəfdaşı dünyanın ən sanballı qrafik əsərlər toplusu olan Avstriyanın məşhur Albertina muzeyidir. Sərgidə XX əsrin 11 məşhur rəssamının muzeydə saxlanılan əsərləri ümumi mədəni məkanda nümayiş etdirilir.

Biennalenin əsas layihəsinin kuratoru Moskvadakı “Federasiya” və “Moskva-Siti” komplekslərinin müəllifi Dmitri Çernyakov bir neçə pavilyonda müxtəlif mövzu və janrları kiçik kapsullarda və evlərdə ümumi dialoqda birləşdirib. Onun sözlərinə görə, bütün bu müxtəlifliyi bir-biri ilə uzlaşdırmaq heç də asan deyil. Bu səbəbdən sərgi “Məkan oriyentasiyası” adlandırılıb.

Biennaledə Rusiya, Avstriya, Bəhreyn, Almaniya, Səudiyyə Ərəbistanı, İtaliya, Almaniya, Çin, Niderland, ABŞ, Fransa rəssamları da iştirak edirlər.

Sərgi müddətində SSRİ Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov haqqında filmin çəkilişləri aparılacaq. Film klassik və müasir incəsənət arasında əlaqələrdən bəhs edən maarifləndirmə proqramı çərçivəsində nümayiş olunacaq.

Sərgi yanvarın 22-dək davam edəcək.

S.Xankişiyeva

Paylaş:
382

Son xəbərlər

Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilibBu gün, 16:15Azərbaycan XİN Fransa daxili işlər nazirinin səsləndirdiyi əsassız iddialara cavab veribBu gün, 15:57Növbəti köç karvanı Laçına çatıb - YENİLƏNİBBu gün, 15:43“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində respublika müşavirəsi keçirilib - FOTO - VİDEOBu gün, 15:22Aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 15:18Ceyhun Bayramov livanlı həmkarı ilə görüşübBu gün, 15:07Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıbBu gün, 14:57Yazın son ayında hava necə olacaq?Bu gün, 14:41Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilibBu gün, 14:21Ceyhun Bayramov Qətərin Baş naziri ilə görüşübBu gün, 13:59“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanılıbBu gün, 13:45Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb - FOTOBu gün, 13:38Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adı açıqlanıb - SİYAHIBu gün, 13:22Bəzi bölgələrdə yağış yağacaq, sel və daşqın olacaq - XƏBƏRDARLIQBu gün, 13:19Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyən edilib - SİYAHIBu gün, 13:13Mayın ilk günü hava necə olacaq? - PROQNOZBu gün, 13:04Havaya normadan artıq tullantılar atan ictimai iaşə obyektləri müəyyən olunubBu gün, 11:59Azərbaycan və Özbəkistan elektrotexnika, cihazqayırma sahələrində əməkdaşlığı genişləndirirBu gün, 11:50Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıbBu gün, 11:35Bakıda iki avtomobilin yarışı nəticəsində yaranan zəncirvari qəzanın görüntüləri - VİDEOBu gün, 11:21
Bütün xəbərlər