İkinci karyera yarmarkasına start verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İkinci karyera yarmarkasına start verilib

10:58 - 30 / 10 / 2019
İkinci karyera yarmarkasına start verilib

Dünən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Akademiyasında bu şirkətlə Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) birgə təşkilatçılığı əsasında keçirilən “Böyük imkanlara kiçik addım” adlı 2-ci karyera yarmarkasının açılış mərasimi olub.

1news.az-ın məlumatına görə, mərasimdə BŞH-nin İnsan Resursları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova və “AmCham Azərbaycan”-ın icraçı direktoru Natəvan Məmmədova çıxış ediblər.

Tədbirdə açılış nitqi söyləyən İranə Əhmədova iştirakçıları salamlayıb və BŞH Akademiyasının gənclər üçün yaratdığı imkanlar barədə iştirakçılara ətraflı məlumat verib. BŞH rəsmisi gənclərin arzuladıqları işi tapmasına dəstək olmaq üçün tədbirə qatılan şirkət və qurumlara rəhbərlik etdiyi akademiya adından təşəkkürünü bildirib:

“Gənclərin inkişafı qarşımızda duran mühüm vəzifələrdəndir. BŞH Akademiyası olaraq bu istiqamətdə mühüm işlər görürük və buna davam edəcəyik. Yarmarka BŞH-nin korporativ sosial məsuliyyət tədbirlərindəndir. Əsas məqsəd işaxtaran gənclərə nüfuzlu şirkətləri tanıtmaq və onlara karyera quruculuğunda dəstək olmaqdır. Ötən il keçirilmiş ilk yarmarkaya gənclərimizin marağı çox olmuşdu və bu səbəbdən belə yarmarkanı 2-ci dəfə keçirməyi qərara aldıq. İlk yarmarkanın nəticəsi olaraq 100-dən çox gənc müxtəlif şirkətlərdə, o cümlədən BŞH-də işçi olmaq şansı əldə etdi”.

Daha sonra çıxış edən Natəvan Məmmədova rəhbərlik etdiyi qurumun Azərbaycanda insan resursları sahəsinə böyük töhfələr verdiyini bildirib: “Çox məmnunam ki, ölkəmizdəki iş adamları insan resurslarının idarə olunmasında ən qabaqcıl təcrübələrin tətbiq olunmasına çalışırlar. Qeyd etmək yerinə düşər ki, palatamızın tərkibində ən fəal olan komitələrdən biri də məhz “İnsan Resursları” komitəsidir. Təsadüfi deyil ki, bu komitə öz sahəsində ən çox tələb olunan platformalar sırasındadır. Ümid edirəm ki, bügünkü tədbir işəgötürənlərlə işaxtaranlar arasında səmərəli əlaqə yaradacaq. Eyni zamanda bu yarmarka ölkəmizin əmək bazarına töhfə vermək və məzunların birbaşa olaraq şirkət nümayəndələri ilə görüşünə və tanışlığına imkan yaratmaq baxımından xüsusi əhəmiyyətə malikdir”.

Açılışın sonunda tədbirə işəgötürən qismində qatılan 30-a yaxın şirkət və qurum işaxtaran gənclərə yarmarkaya çıxarılan vakansiya və təcrübə imkanları barədə ətraflı məlumat verib. İki gün davam edəcək (29-30 oktyabr) yarmarkaya ümumilikdə 1500-ə yaxın gəncin gələcəyi gözlənilir.

1news.az

Paylaş:
608

Son xəbərlər

Şuşaya qayıdış bu tarixdən başlayacaqBu gün, 17:45İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb, xəbərdarlıq edilibBu gün, 17:39Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilibBu gün, 17:22“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı artırılıbBu gün, 17:17144 ticarət və 160 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıbBu gün, 17:11Sumqayıtda narkotikin təsiri altında avtomobil idarə edən 27 sürücü aşkarlanıb - VİDEOBu gün, 16:55Azərbaycan və Əlcəzair arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunubBu gün, 16:39Lənkəranda baş verən qəzada piyada ölübBu gün, 16:27Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilibBu gün, 16:15Azərbaycan XİN Fransa daxili işlər nazirinin səsləndirdiyi əsassız iddialara cavab veribBu gün, 15:57Növbəti köç karvanı Laçına çatıb - YENİLƏNİBBu gün, 15:43“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində respublika müşavirəsi keçirilib - FOTO - VİDEOBu gün, 15:22Aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 15:18Ceyhun Bayramov livanlı həmkarı ilə görüşübBu gün, 15:07Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıbBu gün, 14:57Yazın son ayında hava necə olacaq?Bu gün, 14:41Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilibBu gün, 14:21Ceyhun Bayramov Qətərin Baş naziri ilə görüşübBu gün, 13:59“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanılıbBu gün, 13:45Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb - FOTOBu gün, 13:38
Bütün xəbərlər