IDEAL-ın “Hədiyyəli İspaniya Günləri” lotereyasında iştirak etməyə tələsin! | 1news.az | Xəbərlər
Cəmiyyət

IDEAL-ın “Hədiyyəli İspaniya Günləri” lotereyasında iştirak etməyə tələsin!

12:50 - 31 / 10 / 2019
IDEAL-ın “Hədiyyəli İspaniya Günləri” lotereyasında iştirak etməyə tələsin!

Azərbaycan bazarına dünyanın aparıcı brendlərinin kosmetika və parfümeriya məhsullarını təqdim edən milli riteyl şirkəti olan “IDEAL” yeni uduşlu lotereya və endirim kampaniyası elan edib.

"Hədiyyəli İspaniya Günləri" adlı lotereya 21 oktyabr - 19 noyabr tarixlərində IDEAL mağazalar şəbəkəsində keçirilir.

Lotereyada iştirak etmək üçün müştərilər “IDEAL” bredi altında fəaliyyət göstərən mağazalarda “TOUS”, “DESIGUAL”, “EL GANSO”, “HALLOWEEN” və “ARABIAN NIGHTS” markalarından 50 manat və daha böyük məbləğdə alış-veriş etməlidirlər. Alıcılar 50 manat dəyərində alış-veriş etdikləri halda “IDEAL” mağazalarından hədiyyə qazanırlar.

Bununla yanaşı, lotereya müddətində sözügedən brendlərin məhsullarını 50% endirimlə əldə etmək imkanı təqdim edilir.

Kampaniya çərçivəsində, müştəri aldığı məhsulların qəbzləri sayında əvvəlcədən nömrələnmiş lotereya bileti doldura bilər. İştirakçılar doldurduqları lotereya biletini, alış-veriş üzrə aldıqları qəbzlərlə birgə mağazada yerləşdirilmiş şəffaf şüşə qutuya atmalıdırlar. Hər lotereya bileti 2 hissədən ibarətdir: alıcı tərəfindən doldurulmuş, qutuya atılacaq əsas hissə və müştəriyə verilən digər hissə.

Sonda müştərilər biletlərlə, noyabrın 20-də Gənclik Mallda yerləşən “IDEAL” parfümeriya və kosmetika mağazasında keçiriləcək tirajda iştirak edəcəklər. Lotereyada, bir ədəd, əsas hədiyyə olan 2 nəfərlik, 3 günlük Barselona səyahəti, 5 ədəd  SAMSUNG A80 smartfonu, 2 ədəd TOUS pul qabı, 4 ədəd TOUS çanta, 1 ədəd TOUS üzük, 2 ədəd TOUS qolbaq oynanılır.

Qaliblər hədiyyələrini almaq üçün şəxsiyyət vəsiqələrini və lotereya biletlərinin onlarda qalan hissəsini tirajın keçirildiyi ünvana uduş fondu oynanıldıqdan 90 iş günü ərzində təqdim etməlidirlər. Qalib müraciət etdikdən sonra 7 iş günü ərzində hədiyyə ona təqdim ediləcək.

Reklam hüququnda

 

Paylaş:
979

Son xəbərlər

Şuşaya qayıdış bu tarixdən başlayacaqBu gün, 17:45İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb, xəbərdarlıq edilibBu gün, 17:39Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilibBu gün, 17:22“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı artırılıbBu gün, 17:17144 ticarət və 160 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıbBu gün, 17:11Sumqayıtda narkotikin təsiri altında avtomobil idarə edən 27 sürücü aşkarlanıb - VİDEOBu gün, 16:55Azərbaycan və Əlcəzair arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunubBu gün, 16:39Lənkəranda baş verən qəzada piyada ölübBu gün, 16:27Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilibBu gün, 16:15Azərbaycan XİN Fransa daxili işlər nazirinin səsləndirdiyi əsassız iddialara cavab veribBu gün, 15:57Növbəti köç karvanı Laçına çatıb - YENİLƏNİBBu gün, 15:43“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində respublika müşavirəsi keçirilib - FOTO - VİDEOBu gün, 15:22Aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 15:18Ceyhun Bayramov livanlı həmkarı ilə görüşübBu gün, 15:07Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıbBu gün, 14:57Yazın son ayında hava necə olacaq?Bu gün, 14:41Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilibBu gün, 14:21Ceyhun Bayramov Qətərin Baş naziri ilə görüşübBu gün, 13:59“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanılıbBu gün, 13:45Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb - FOTOBu gün, 13:38
Bütün xəbərlər