Azərbaycan yığması Şahmat Olimpiadasının qalibi oldu | 1news.az | Xəbərlər
İdman

Azərbaycan yığması Şahmat Olimpiadasının qalibi oldu

15:53 - 05 / 11 / 2019
Azərbaycan yığması Şahmat Olimpiadasının qalibi oldu

16 yaşadək şahmatçılardan ibarət Azərbaycan yığması Türkiyədə keçirilən Olimpiadanın qalibi adını qazanıb. 

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Vüqar Manafov və Gövhər Beydullayevadan ibarət milli komanda son turda qələbə sayəsində rəqibləri üçün əlçatmaz olub.

IX turda Çinlə üz-üzə gələn şahmatçılarımız 7-ci görüşlərindən də qalib ayrılıblar. Digər 2 matçda da heç-heçə edən yığma 16 xalla Şahmat Olimpiadasının çempionu adına yiyələnib. 

Yarışda gümüş medallara Özbəkistan sahib olub. Asiyalılar millimizdən 1 xal geri qalıblar. İlk "üçlüy"ü 14 xalla Belarus qapayıb.

Qeyd edək ki, 48 iştirakçının qatıldığı Olimpiadada Azərbaycan 2 yığma ilə təmsil olunub. Digər təmsilçimiz Azərbaycan-Naxçıvan turnirdə 9 oyundan 3-də qalib gəlib, 2-də heç-heçə edib və 4-də uduzub. 

1news.az

Paylaş:
615

Son xəbərlər

Bütün xəbərlər