Müslüm Maqomayevin həyat yoldaşı xəstəxanaya yerləşdirilib | 1news.az | Xəbərlər
Mədəniyyət

Müslüm Maqomayevin həyat yoldaşı xəstəxanaya yerləşdirilib

11:19 - 12 / 11 / 2019
Müslüm Maqomayevin həyat yoldaşı xəstəxanaya yerləşdirilib

Tanınmış opera müğənnisi, SSRİ-nin və Azərbaycanın Xalq artisti, Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya təcili xəstəxanaya yerləşdirilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə REN TV məlumat yayıb. 

Telekanalın məlumatına görə, 76 yaşlı sənətçi ürək-damar cərrahiyyəsi şöbəsində müayinə olunur.

Həkimlər bundan sonra onun əməliyyat olunması və ya konservativ müalicəsi barədə qərar qəbul edəcəklər.

S.Xankişiyeva

Paylaş:
1726

Son xəbərlər

Bütün xəbərlər