“Yerli seriallar gənc nəslin tərbiyəsini pozur” - MTRŞ sədri | 1news.az | Xəbərlər
Cəmiyyət

“Yerli seriallar gənc nəslin tərbiyəsini pozur” - MTRŞ sədri

10:50 - 14 / 11 / 2019
“Yerli seriallar gənc nəslin tərbiyəsini pozur” - MTRŞ sədri

Bizim iradlarımızdan sonra telekanal rəhbərləri müəyyən addımlar atmağa çalışırlar. Amma çox, təəssüf ki, teleseriallarda ölkədə həyat tərzi eybəcər formada göstərilir. Sanki, Azərbaycan ailəsi ancaq belə olmalıdır.

1news.az xəbər verir ki, bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MRTŞ) sədri Nuşirəvan Məhərəmli bildirib.

Onun sözlərinə görə, serial çəkənlər bu barədə yaxşı-yaxşı düşünməlidirlər: "Bəzən telekanallar ifrat gülüş yaratmaq üçün həddindən artıq şişirtmələrə yol verirlər, aktyorlar sünilik edirlər. Seriallar cəmiyyətə normal mesajlar çatdırmalıdır. Çox təəssüflə bildirirəm ki, yerli seriallar gənc nəslin tərbiyəsini pozur. Gənc nəsil həmin seriallara baxanda düşünür ki, Azərbaycan kişisi və qadını elə bu cürdür. Gülüş naminə belə şeylər etmək olmaz!"

1news.az

Paylaş:
755

Son xəbərlər

Bütün xəbərlər