Sabahın hava proqnozu: Bakıda yağış, bəzi rayonlarda qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahın hava proqnozu: Bakıda yağış, bəzi rayonlarda qar yağacaq

13:10 - 15 / 11 / 2019
Sabahın hava proqnozu: Bakıda yağış, bəzi rayonlarda qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti noyabr ayının 16-na olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Günün ikinci yarısında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz  11-14, Bakıda gecə 8-10, gündüz  12-14 dərəcə  isti təşkil edəcək. 

Atmosfer  təzyiqi normadan yüksək 776 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65  faiz olacaq.  

Azərbaycanın rayonlarında noyabrın 16-da qərb rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi  şimal və şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı  ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz  11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  4-9 dərəcə isti təşkil edəcək.

1news.az

Paylaş:
921

Son xəbərlər

Bütün xəbərlər