“Korloff” kolleksiyası – lüks və gözəlliyi qiymətləndirənlərin seçimi – FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

“Korloff” kolleksiyası – lüks və gözəlliyi qiymətləndirənlərin seçimi – FOTO

15:30 - 19 / 11 / 2019
“Korloff” kolleksiyası – lüks və gözəlliyi qiymətləndirənlərin seçimi – FOTO

“Korloff” fransız zərgərlik evinin tarixi, dünyanın ən böyük qara briliantı olan məşhur “Korloff Noir” adlanan 88 karat çəkidə olan qara briliantla sıx bağlıdır.

Belə ki, həmin bu briliant XX əsrin ikinci yarısında şirkətin birinci təmsilçisi olan Deniel Paylaser tərəfindən alınıb və hal-hazırda Korloff şirkətinə məxsusdur. “Korloff Noir” şirkətin mirası, ruhu və simvolu olaraq bu gün də şirkətin adını təmsil edir və öz ekskluziv gözəlliyi ilə zərgərlərə ilham verir.

Korloff brendi nəinki Fransada, habelə bütün dünyada dəb və zövqün etalonu kimi tanınır. “Korloff” zərgərlik evinin təkrarolunmaz saatları, zinət əşyaları və aksessuarları lüks və gözəlliyi üstün tutan, onlara dəyər verən hər kəsin seçimidir. Monarxlar, siyasətçilər, iş adamları və yaradıcı elitanın təmsilçilərinin tərcihi və seçimi olan Korloff illərdir ki, zövqün və eleqantlığın sinonimi sayılır. Korloff briliantları və onların xoşbəxtlik gətirdiyi haqda əfsanələr hələ də gəzir. Fransızlar Korloff haqqında belə deyirlər: “Korloff – pour te dire j’aime!” yəni “Korloff-dan olan hədiyyə bir sevgi rəmzidir.”

Saat hörmət əlaməti və mükəmməl zövq rəmzidir və məhz buna görə də saatın möhtəşəm olması vacibdir. Korloff şirkətində hesab edirlər ki, “Zaman – saatın korpusu civarında olan həyatdır”.

Bütün dünyada tanınmış zərgərlik işinin maestro və ustadları tərəfindən hazırlanan “Korloff” evinin hər bir kolleksiyası və dizaynı şirkətin tüm uğurlu cəhədlərini bir yerdə birləşdirir: ən yaxşı ideyaları, elit materialları, qüsursuz ifa və dəyişilməz Fransa və İsveçrə keyfiyyəti.

Korloff şirkəti dünyanın 35 ölkəsində təmsil olunub və bununla belə 450 satış nöqtəsi və 20 ekskluziv butik fəaliyyət göstərir. Azərbaycanda isə fransız zərgərlik evi olan Korloff şirkəti 12 ildən çoxdur ki mövcuddur və 2015-ci ildə daha bir butik “Korloff Mariage”-ın açılışını həyata keçirdi.

2018-ci ilin I rübündən etibarən Korloff şirkəti “Mirabaud” adlı özəl kapitala və ona məxsus “Patrimoinbe Vivent” fonduna məxsusdur. Fond Fransanın keçmiş iqtisadiyyat naziri və LVMH Şimali Amerika-nın sədri Renaud Dutreil başçılığı altında Korloff şirkətinə həm inkişaf üçün investisiya, həm də dünya lüks şəbəkəsinin təcrübəsini cəlb edib. Şirkətə yeni dünya üzrə məşhur dizaynerlər, zərgərlər və menecerlər cəlb olunub.

Reklam hüququnda

Paylaş:
3450

Son xəbərlər

Bütün xəbərlər