“Doğmalar arasında ögəylər”: Nə üçün “Bakı erməniləri” Yerevandan narazıdır? | 1news.az | Xəbərlər
Köşə

“Doğmalar arasında ögəylər”: Nə üçün “Bakı erməniləri” Yerevandan narazıdır?

17:40 - 19 / 11 / 2019
“Doğmalar arasında ögəylər”: Nə üçün “Bakı erməniləri” Yerevandan narazıdır?

Ermənistanın paytaxtında – hökumət binasının qarşısında yenə də etiraz aksiyaları dalğası baş qaldırıb. Bu dəfə Azərbaycandan olan qaçqınlar binanın qarşısında toplaşaraq ölkə rəhbərlərini onların problemlərinə fəaliyyətsizlikdə və laqeyidlikdə günahlandırıblar.

Problem kifayət qədər kəskin və aktualdır – söhbət Ermənistanın işğalçı siyasəti nəticəsində məcburi şəkildə Azərbaycanı tərk etmiş, uzun illərdir ki, sakinləri narahat edən mənzil-yaşayış məsələsindən gedir.

Yaxın günlərdə Yerevanda Azərbaycandan olan qaçqınların etiraz aksiyaları keçirilib. Erməni KİV-in məlumatına görə, aksiya “Qaçqının səsi” ictimai təşkilatının təşəbbüsü ilə baş tutub. Etirazçıların əsas tələbi 900 ailənin mənzil problemini həll edəcək Miqrasiya Xidməti tərəfindən hazırlanan hökumətin qərar layihəsinin təsdiqlənməsi idi. Layihəyə əsasən problemin həlli üç mərhələdə aparılacaq. Birinci mərhələdə – “Nairi”, “Sebastiya” mehmanxanalarında, eləcə də Sarav axpyur küçəsindəki yataqxanada yaşayan 112 ailə mənzillə təmin edilməlidir.

 “Qaçqının səsi” ictimai təşkilatının sədri Oksana Musaelyanın sözlərinə görə, əsas problem burasındadır ki, layihə üzrə işlərin başlanma tarixi 2019-cu il göstərilib. Lakin ilin sonun qədər az müddət qalmasına baxmayaraq hökumət hələ də sənədi təsdiqləməyib:

“Qorxuruq ki, hökumət sənədi təsdiqləməyəcək. Belə olan halda qaçqınların probleminə məhəl qoymamaq və susmaq siyasəti uzun illərdir olduğu kimi, yenə də davam edəcək. Aksiyanı keçirməklə hökumətin diqqətini qaçqınların probleminə yönəltmək istəyirik”.

Onun sözlərinə görə, ilk olaraq “Nairi” və “Sebastiya” otellərində yaşayan qaçqınların problemi o səbəbdən həll olunacaq ki, bu binaların sən demə sahibi varmış. Keçmişdə hökumət burada qaçqınların yaşamasına baxmayaq binaları satıblar. Oradakı sakinlərin şəraiti olduqca acınacaqlıdır: bütün ailə 11 kv.m-lik otaqda yaşayır, məkanlar nəmişli, qışda və yayda su sutka ərzində 1 saat verilir. Qaçqınların bu binalarda qalmasına görə sahibkarın icazəsi üçün hökumət hər il 9 milyon ödəyir.

“30 ildir ki, qaçqınlar qeyri-insani şəraitdə yaşayırlar. Lakin bu, bir çoxları üçün problem deyil. əsas problem müdafiədir. Hökümət öz vətəndaşını qorumalıdır”, - Oksana Musayelyan bildirib.

Fotoda: Yerevan. Azərbaycandan olan qaçqınlar etiraz aksiyası keçirir.

İlk olaraq qeyd edək ki, Azərbaycandan olan qaçqınların tarixi vətənindəki bugünkü acınacaqlı vəziyyətinin kökündə məhz Ermənistanın qonşu dövlətin torpaqlarına ərazi iddiaları dayanır. Bununla yanaşı, günahın xeyli hissəsi “böyük Ermənistan” şüarları altında fəaliyyət göstərən “Krunk” və sairələri kimi şovinist təşkilatların cinayətlərinə susaraq Azərbaycana xəyanət edən “Bakı erməniləri” adlanan şəxslərin də üzərinə düşür.Yaxınlarının həddindən artıq iştahlarını rədd etmədən, onlar da bu və ya digər dərəcədə Yerevanın, Qarabağ separatçılarının və bütövlükdə dünya ermənilərinin təxribat planlarında iştirak etdilər. Nəticədə özləri özlərini aıcnacaqlı aqibətlə cəzalandırdılar.  

Bu gün həmin insanlar şovinist dairələrin əlində oyuncağa çevrilib, Azərbaycandakı qayğısız həyatı xatırlayaraq gecikmiş göz yaşı tökür və Ermənistanda hökumət və cəmiyyətin laqeyidliyi ilə qarşılaşırlar. Bu çıxılmaz vəziyyət Yerevanda hökumət binası qarşısında etiraz aksiyaları keçirmələrə gətirib çıxarır.

Xüsusilə bütün bunlar – dünya miqyasında geniş nüfuz qazanan və genişmiqyaslı infrastruktur layihələri həyata keçirən, regional inkişaf dairəsinə təcavüzkar ölkənin girişini əngəlləyən güclü və sabit Azərbaycanın gözü qarşısında baş verir.

Həmçinin Ermənistan tərəfindən etnik təmizləmə və soyqırımı siyasətinin qurbanı olmuş 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün mənzərəsi fonundadır.

Bu gün Azərbaycan əhalisinin 10 fazini təşkil edən həmin insanlar dövlətin diqqət və qayğısı ilə əhatələnib. Bu illər ərzində Azərbaycan humanitar fəlakətin son dərəcə dəhşətli nəticələrini aradan qaldırmağı bacardı.

2003-cü ildən indiyə qədər Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi istiqamətindən 70-dən çox fərman və sərəncam imzalayıb, çoxsaylı proqramlar həyata keçirilib. Artıq 2007-ci ildən bəri qaçqınların və məcburi köçkünlərin məskunlaşdığı çadır düşərgələri ləğv edilərək əvəzində bütün zəruri sosial-iqtisadi infrastrukturu olan: məktəblər, klinikalar, marketlər, idman, uşaq əyləncə mərkəzləri və s. müasir şəhərlər salınır. Qaçqınların və məcburi köçkünlərin işləyib-işləməməsindən asılı olmayaq dövlət tərəfindən sosial müavinət alırlar ki, bunun da həcmi müntəzəm olaraq artırılır.

Sosial-iqtisadi infrastrukturun yaxşılaşdırılması və möhkəmləndirilməsi üçün oxşar işlər ölkənin cəbhə bölgələrində də aparılır. Aprel döyüşləri zamanı Azərbaycan ordusunun parlaq qələbəsi nəticəsində azad edilmiş Cocuq Mərcanlı kəndi çox qısa müddətdə bərpa edildi, orada evlər, yollar, məktəblər, məscid tikildi, bir zaman erməni atəşindən qaçan azərbaycanlılar öz evlərinə qayıtdılar. Bu gün Cocuq Mərcanlı sözün əsl mənasında həyatın sürətlə qaynadığı gözəl bir kənddir.

Fotoda: Azərbaycanda qaçqın şəhərçikləri

Erməni KİV-ində yayılan xəbərlərin birində Ermənistanın cəbhə bölgəsindəki kəndlərdəki həyat olduqca acınacaqlıdır – burada bərbad yollar, tutqun binaların boş pəncərələri, köhnəlmiş evlərin divarları və sakinlərinin üzlərindəki əzablı baxışlar görürük.

Buna görə də, məqaləyə verilmiş başlıq: Nə üçün “Bakı erməniləri” Yerevandan narazıdır? sualı olduqca aydındır. Çünki onlar müqayisə edir və bu müqayisə ölkə rəhbərlərinin xeyrinə deyil.

Bu gün Azərbaycandan olan erməni qaçqın ailələri həm mətbəx, həm də bir yataq otağından ibarət olan 11 kvadratmetrlik yataqxana otaqlarında yaşayır ki, burada şəxsi vanna otağı yoxdur və kommunal şərait adı altında sutka ərzində iki saat su verilir, mətbəxin olmaması istilik sisteminin olmayan otellərdə, internat məktəblərində yaşayırlar. Düzdür, son zamanlar erməni hökuməti qaçqınlara mənzil üçün sosial kreditlərin verilməsi imkanına baxır, lakin bir çoxlarında bu acı gülüş döğurur – yəni əgər kredit götürmək imkanı olsaydı çoxdandır götürərdik.

Erməni mediasının məlumatına əsasən, bu cür acınacaqlı vəziyyət qaçqın statusu məsələsi ilə bağlıdır: 2009-cu ilə qədər humanitar yardım təmini verirdisə, 2000-ci ildən sonra bu, olmadı. 1995-ci ildə vətəndaşlıq haqqında qanunun qəbulundan sonra Azərbaycandan olan erməni qaçqınlara vətəndaşlıq verilməsi, onlara seçilmək və səs vermək, habelə ölkə xaricində səyahət etmək hüququ verən “könüllü” proses başlandı.

Ermənistan Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, 25 il sonra, Azərbaycandan olan 20 minə yaxın qaçqın hələ də qaçqın statusunu saxlayır.

Lakin təqribən 83 min nəfərin olduğu təbiiləşmə proqramı nəticəsində Ermənistan vətəndaşlığını almış həmin qaçqınlar özlərini ölkənin miqrasiya siyasətinin yaratdığı tələnin qurbanı hesab edirlər. Bu cür fikirlər əsassız ümidlərlə əlaqələndirilir ki, vətəndaşlıq almaq faktı onların sosial-iqtisadi vəziyyətini kökündən dəyişdirəcəkdi.

“Bizi aldatdılar. Söz verdilər ki, vətəndaşlıq aldıqdan sonra mənzil problemi həll olunacaq, lakin bu baş vermədi. Bundan əlavə, Ermənistanın verdiyi qaçqın pasportu hərəkəti məhdudlaşdırır, onunla ölkə hüdudlarından kənara çıxmaq olmur”, - keçmiş qaçqınlar arasında daha çox yayılmış açıqlama.

Hər iki kateqoriyadan olanlar – təbii vətəndaşlaşma və qaçqın statusu saxlanılanar bu günə qədər cəmiyyətin ən kasıb təbəqəsidir ki, onların mənzil problemi ilə yanaşı, təhsil, işə düzəlmə problemləri də öz həllini tapmayıb.

Bu gün həmi insanlar öz vəziyyətlərini kədərli şəkildə “xüsusi statuslu yararsız vətəndaş” adlandırırlar. Bu insanlar öz sosial müdafiəsizliyinin əsas səbəbini hakimiyyətin laqeydliyində, heç bir mənəvi çərçivələrə sığmayan qeyri-insani mövqedə görürlər.

Fotoda: “Bakı erməniləri” Ermənistanda bu cür şəraitdə yaşayırlar

“Məlumdur ki, Azərbaycanda yaşayan ermənilər əsasən Rusiya və Qərbə köçdülər. Onlar Ermənistanın hansı yoxsul vəziyyətdə olduğuunu bilirdilər. Tarixi vətənə çox az qaçqın getdi ki, hətta Ermənistan onların respublika vətəndaşlarına verilən elementar  şəraitlə təmin edə bilmir”,– bunu azərbaycanlı politoloq, Qərbi-Kaspi Universitetinin professoru Fikrət Sadıxov bildirib.

Onun sözlərinə görə, bu cür vəziyyət əvvəlki erməni hökumətində müşahidə olunduğu kimi, indi  də müşahidə olunur:

“Zəifləmiş  və rəqiblər tərəfindən “sarsıdılmış” hakimiyyətə gəlmək bəzən çox asan olur, lakin onu qorumaq və vətəndaşların normal ab-havada yaşaması üçün çox çətindir və hər siyasətçinin buna gücü çatmır.

Ekspertin sözlərinə görə, Paşinyan “miasum” və ya “soyqırım” əfsanələri və guya bir neçə ildən sonra Ermənistan “yüksək texnoloji” iqtisadiyyatla yeddi lider ölkəyə daxil olacaq kimi uydurulmuş proqramlar məsələsi ilə məşğul olmaq əvəzinə, xalqının narahat edən gündəlik məsələlərə diqqət yetirməli idi

“Bütün bunlar acınacaqlı sonluqla nəticələndi. Əslində ermənilər can atdıqlarının bəhrəsini yeyir. O zamanlar bir çoxları separatçı dairələrin guya Dağlıq Qarabağın “muxtar” olmasına, Ermənistanın inkişaf edən dövlət olmasına, ermənilərin isə “bir nömrəli millət” olma əfsanəsinə inandı, onların ardınca gedərək “yaxşı həyat” ümidilə Azərbaycanı tərk etdilər. Əslində isə bütün bunlar xəyal və əfsanə idi.

Həqiqətən də burada ağlı başında olan ermənilər də vardı, onlar bilirdilər ki, nələri itirəcəklər – onlar burada partiya-siyasi iyerarxiyasında, iqtisadiyyat, ticarətdə ciddi vəzifələr tuturdu, şəhərin mərkəzində, təkcə Bakıda deyil, eləcə də Gəncədə, Sumqayıtda da əla şəraitdə yaşayırdılar. Onlar şovinist çağırışlarına qarşı öz səslərini qaldırırdılar, lakin Xankəndi və Yerevandakı  millətçi dəminin axınında boğulurdular.

Nəticədə “Bakı erməniləri” çıxılmaz vəziyyətdədir. Yəqin ki, bütün bunların onlara dərs olduğunu söyləmək artıq gecdir. Sadəcə demək olar ki, zamanında onlar kütləvi şəkildə Azərbaycanın dəstəkləmədilər və “böyük Ermənistan” ideoloqlarının arxasınca getdikləri üçün hazırki acınacaqlı vəziyyətə düşdülər”, – Fikrət Sadıxov qeyd etdi.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1979

Sizin üçün xəbərlər

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər