Avropa çempionatına vəsiqə qazanan 20 milli komanda - SİYAHI | 1news.az | Xəbərlər
Futbol

Avropa çempionatına vəsiqə qazanan 20 milli komanda - SİYAHI

16:05 - 20 / 11 / 2019
Avropa çempionatına vəsiqə qazanan 20 milli komanda - SİYAHI

AÇ-2020-nin seçmə mərhələsi başa çatıb.

1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, 20 komandanın Avropa çempionatına vəsiqə qazanacağı rəsmiləşib. Bu gün E qrupunda mübarizə aparan Uelsin Avropa çempionatına vəsiqə qazanan son komanda olub.

Qalan 4 yığmanın adına isə Millətlər Liqasının pley-off oyunlarından sonra aydınlıq gələcək.

Avropa çempionatına vəsiqə qazanan 20 yığma komanda:

İngiltərə, Çexiya, Ukrayna, Almaniya, Niderland, Xorvatiya, İspaniya, İsveç, Polşa, Avstriya, Fransa, Türkiyə, Belçika, Rusiya, İtaliya, Finlandiya, İsveçrə, Danimarka, Portuqaliya və Uels.

Avropa çempionatının qrup mərhələsinin 3, 1/4 finalın 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.

1news.az

Paylaş:
653

Son xəbərlər

Bütün xəbərlər