Bakı-Astara yolunda dəhşətli anlar: yanacaq daşıyan maşın alovlandı, ölən var

Bakı-Astara yolunda yanacaq daşıyan maşın aşıb.
BAKU.WS-in məlumatına görə, hadisə Biləsuvar rayonu ərazisində baş verib. Yüksək sürətlə hərəkət edən yanacaq daşıyan maşının sürücüsü idarəetməni itirərək avtomobili aşırıb. Hadisə nəticəsində bir nəfər yanaraq ölüb. Bir nəfər də ağır xəsarətlər alıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Avtomobildəki yanğın 08:48-də söndürülüb.
S.Xankişiyeva
463