Qarabağ əlilli: Yenı mənzilə sahib olduğuma görə ailə üzvlərim adından dövlət başçısına minnətdarlıq edirəm | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ əlilli: Yenı mənzilə sahib olduğuma görə ailə üzvlərim adından dövlət başçısına minnətdarlıq edirəm

17:00 - 27 / 11 / 2019
Qarabağ əlilli: Yenı mənzilə sahib olduğuma görə ailə üzvlərim adından dövlət başçısına minnətdarlıq edirəm

Əfrasiyab Ələsgərov könüllü olaraq 1992-ci ilin sentyabrında Milli Ordu sıralarına daxil olub. Qubadlı rayonunun Əyin və Çardaqlı kəndlərinin düşmən hücumlarından qorunmasında fəal iştirak edib.

1993-cü ilin avqustunda Aşağı Çibikli kəndi uğrunda gedən döyüşdə ağır yaralanıb. Əlillik dərəcəsi alandan sonra cəbhə xəttinə qayıda bilməyib.

AZƏRTAC xəbər verir ki, 2-ci qrup Qarabağ əlilli Əfrasiyab Ələsgərovun keçdiyi döyüş yolunu qısaca belə xarakterizə etmək olar.

“Ötən əsrin 90-cı illərinin axırlarından indiyədək Bakının Xətai rayonunun Əbilov qəsəbəsində hərbçilər üçün yataqxanada 16 kvadratmetrlik bir otaqda yaşamışam. Şəraitsizlik ucundan keçən il 17 yaşında oğlumu itirmişəm. Nəhayət ki, uzun illərdən sonra mənə də mənzil sahibi olmaq nəsib oldu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış ikiotaqlı mənzillə təmin olunmuşam”,- deyə Əfrasiyab məlumat verir.

O, daha sonra deyib: “Həyat yoldaşım, oğlanların Ələsgər və Hüseynlə birlikdə yeni mənzilə köçəcəyik. Bu mənzilə sahib olmaq çoxdankı arzumuz idi. Ona görə də ailə üzvlərim adından bizə göstərilən bu qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk”.

S.Xankişiyeva

 

Paylaş:
537

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər