İlham Əliyev Albaniya Prezidentinə başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Albaniya Prezidentinə başsağlığı verib

17:18 - 27 / 11 / 2019
İlham Əliyev Albaniya Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Albaniya Prezidenti İlir Metaya başsağlığı verib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, başsağlığında deyilir: "Hörmətli cənab Prezident, ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Albaniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

S.Xankişiyeva

 

Paylaş:
622

Son xəbərlər

Sabahın havası açıqlandı

13 / 09 / 2025, 12:56
Bütün xəbərlər