Əli Əhmədov YAP-ın növbədənkənar qurultayının keçirilib-keçirilməyəcəyi məsələsinə aydınlıq gətirib | 1news.az | Xəbərlər
Siyasət

Əli Əhmədov YAP-ın növbədənkənar qurultayının keçirilib-keçirilməyəcəyi məsələsinə aydınlıq gətirib

16:01 - 28 / 11 / 2019
Əli Əhmədov YAP-ın növbədənkənar qurultayının keçirilib-keçirilməyəcəyi məsələsinə aydınlıq gətirib

“İndiyə qədər keçirilən parlament seçkilərindən əvvəl YAP-ın qurultayının keçirilməsinə zərurət yaranmayıb”.

1news.az-ın verdiyi xəbərə görə, bunu bu gün keçirilən mətbuat konfransında gözlənilən növbədənkənar parlament seçkiləri ərəfəsində Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayının keçirilib-keçirilməyəcəyi barədə sualı cavablandıran YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib.

Ə. Əhmədov deyib ki, namizədləri müəyyənləşdirmək üçün YAP-ın müvafiq qurumları var: “Biz istəyərdik ki, YAP parlamentdə daha çox deputatla təmsil olunsun. Maksimum səy göstərəcəyik ki, irəli sürdüyümüz namizədlər seçicilərin etimadını doğrultsun”.

1news.az

Paylaş:
455

Son xəbərlər

Bütün xəbərlər