Nəsiminin əsərləri italyan dilində nəşr olunub

Dekabrın əvvəlində “Nəsimi ili” çərçivəsində İtaliyada dahi Azərbaycan şairi və filosofunun qəzəllərindən ibarət italyan dilində nəşr olunmuş kitabın təqdimatı keçiriləcək.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, İtaliyanın “Tetti” nəşriyyat evinin çap etdiyi kitab ölkənin bir neçə şəhərində fəaliyyət göstərən ali məktəblərdə, o cümlədən Romanın Sapienza Universitetində təqdim olunacaq.
Təqdimatlarda Azərbaycanın Xalq artisti Mehriban Zəkinin ifasında Nəsiminin əsərləri səsləndiriləcək.
1news.az
456