Məhərrəm Əliyev Prezidentin köməkçisi - şöbə müdiri təyin edilib | 1news.az | Xəbərlər
Rəsmi

Məhərrəm Əliyev Prezidentin köməkçisi - şöbə müdiri təyin edilib

19:37 - 29 / 11 / 2019
Məhərrəm Əliyev Prezidentin köməkçisi - şöbə müdiri təyin edilib

Prezident İlham Əliyev Məhərrəm Əliyevin Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilsin.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Məhərrəm Əliyev ədliyyə nazirinin müavini vəzifəsindən azad edilib.

President.az

Paylaş:
1427

Son xəbərlər

Bütün xəbərlər