Azərbaycanda yeni Ombudsman seçildi

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, ombudsmanlığa üç namizəd - Apellyasiya Məhkəmənin sədrinin müavini Kəmalə Abıyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevanın namizədliyi irəli sürülüb.
Müzakirələrdən sonra Səbinə Əliyeva yeni ombudsman seçilib.
1news.az
593