Siqaret və məşq ölümə yaxınlaşdırır - Baş narkoloq | 1news.az | Xəbərlər
Cəmiyyət

Siqaret və məşq ölümə yaxınlaşdırır - Baş narkoloq

11:18 - 02 / 12 / 2019
Siqaret və məşq ölümə yaxınlaşdırır - Baş narkoloq

Moskvanın baş narkoloqu Valeri Lıkov siqaret çəkənlər üçün idmanın zərərlərindən, eyni zamanda elektron siqaretin mənfi tərəflərindən danışıb.

1news.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə, həkim bildirib ki, elektron siqaret adi siqaret qədər təhlükəlidir və pis vərdişdən yaxa qurtarmağa kömək etməyəcək:

"O, stressi aradan qaldırmır. Əksinə, orqanizmi tüstü ilə zəhərləyir. Siqaretin fəsadlarını idmanla kompensasiya etmək mümkün deyil. Siqaret və məşq ürək-damar sisteminə mənfi təsir edir. Xəstəlik riskini yüksəldir. Araşdırma sayəsində məlum olub ki, siqaretdən imtina edən şəxslərdə 3-9 ay sonra tənəffüs sistemi 10% bərpa olunur. 5 ildən sonra isə infarkt riski 2 dəfəyədək azalır".

1news.az

Paylaş:
839

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər