Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün vaxtı açıqlanıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün vaxtı açıqlanıb

11:22 - 02 / 12 / 2019
Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün vaxtı açıqlanıb

Slovakiyanın paytaxtı Bratislava şəhərində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, görüş dekabrın 4-də baş tutacaq.

Görüşün ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə ATƏT-in Nazirlər görüşü çərçivəsində keçirilməsi nəzərdə tutulur.

S.Xankişiyeva

 

Paylaş:
392

Son xəbərlər

Bütün xəbərlər