FREYWILLE ilə nağıl əhvalı: Avstriya zərgərlik evinin Bakı butikində Yeni il aksiyasına start verilir – FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

FREYWILLE ilə nağıl əhvalı: Avstriya zərgərlik evinin Bakı butikində Yeni il aksiyasına start verilir – FOTO

16:35 - 05 / 12 / 2019
FREYWILLE ilə nağıl əhvalı: Avstriya zərgərlik evinin Bakı butikində Yeni il aksiyasına start verilir – FOTO

Dekabrın yeni qədəm qoymasına baxmayaraq, Bakıda artıq Yeni il bayramının ruhunu sezmək olur – paytaxtın vitrinləri qirlyandlar, küçələri isə zibalı şam ağacları ilə bəzədilib.

Yeni il ərəfəsinə təsadüf edən qaçhaqaç hələ indi start götürür və bizim hər birimizin doğmalarımıza, yaxınlarımıza, əzizlərimizə hədiyyə almaq üçün kifayət qədər vaxtımız var. Yeni ildə, təqdim edəcəyiniz şəxsin 100% bəyənəcəyi, hədiyyəni seçmək isə, razılaşın ki, o qədər də asan deyil.

Vitrinlərin önündə ideal Yeni il hədiyyələrinin axtarışı ilə bağlı düşüncələrə qərq olmamağınız üçün FREYWILLE Avstriya zərgərlik evi gələn həftədən Port Baku Mall-un birinci mərtəbəsində yerləşən FREYWILLE butikində start götürəcək xüsusi aksiya barədə elan edir.

Dekabrın 10 başlayacaq aksiyanın mahiyyəti ondan ibarətdir ki, bu dönəmdə FREYWILLE-in yüksək keyfiyyətə malik zinət əşyalarını daha sərfəli qiymətlərlə əldə etmək imkanınız olacaq. Zinət əşyalarının çeşidlərinə hansı endirimlərin tətbiq edildiyini butikimizi ziyarət edərək biləcəksiniz.

Çünki xüsusi Yeni il aksiyası hər gün yenilənərək, alıcılara yeni və yeni xoş bayram sürprizləri təklif edəcək.

Sizə doğma və yaxın olan insanlar sizdən hədiyyə qismində əl işi olan FREYWILLE zinət əşyaları aldığı təqdirdə onların Yeni il əhvalı daha əsrarəngiz və əfsanəvi olacaq, çünki sayrışan gözqamaşdırıcı rənglərlə bərq vuran bu zinət əşyaları sizin Yeni ilinizi daha parlaq və unudulmaz edəcək.

Xüsusi ilə qeyd etmək istərdik ki, FREYWILLE-in Yeni il aksiyası Bakı butikində təqdim olunan bütün məhsullara şamil edilir – həm yeni, həm də ötən zərgərlik kolleksiyalarına və tekstil aksesuarları olan müxtəlif dizayna və ölçüyə malik dəbdəbəli ipək şallara. Xariqüladə fransız rəssam Pol Qoqen, onun görkəmli həmyerlisi və həmkarı olan impressionist Klod Mone, postimpressionizmin ən parlaq təmsilçilərindən biri olan Vinsent Van Qoqdan ilham alan FREYWILLE-in zinət əşyaları kolleksiyaları, həmçinin minimalistik və lətafətli “KARE” seti – Yeni il aksiyası zamanı FREYWILLE-in Bakı butikini ziyarət edərək, özünüzü, yaxınlarınızı və doğmalarınızı sevindirəcək məhsulların az bir hissəsidir.

FREYWILLE-in rəssamlar komandasının işi incəsənətə sevgi və dizayn ustalığı kimi mühüm aspektlərə arxalanır – FREYWILLE-in bir çox kolleksiyası dahi rəssamların yaradacılığından ilhamlanmanın nəticəsidir, lakin bununla birgə, onlar unikal interpretasiyaya malik müstəqil incəsənət əsərləridir. Digər kolleksiyaların əsasında isə müxtəlif fəlsəfi humanistik ideyalar durur, onların hamısı tamami ilə fərqlidir, lakin hamısının ərsəyə gəlməsində əsl incəsənətə pərəstiş kimi bir sarsılmaz amil var.

FREYWILLE-in hər zərgərlik şah əsərinin unikal xüsusiyyəti, xüsusi texnologiya ilə hazırlanan və yüksək temperaturda yandırılmaya məruz qalan,  qiymətli şirədən ibarətdir. Təsəvvür edin ki, bir plastin şirənin hazırlanması yüzə yaxın istehsal prosesi tələb edir. Dizayn mərhələ-mərhələ əlavə edilir, hər rəng əlavə edildikdən sonra şirə dəfələrlə yandırılma proseduruna məruz qalır və bu maksimal olaraq zəngin rənglərə və möhtəşəm parıltıya nail olmağı təmin edir. Yalnız bundan sonra şirə döşəməsini zinət əşyasının sağanağına həkk edirlər.

FREYWILLE-in bütün bəzək və aksesuarları, gizli istehsal texnologiyasının təlimini almış Vyanalı peşəkar rəssamların əl işidir. Onların ustalığı və yaradıcılıq sevdası FREYWILLE-in zinət əşyalarının ən yüksək keyfiyyətdə olmasının əsas təminatıdır.

Sadalanan və digər yenilikləri Port Baku Mall-un birinci mərtəbəsində yerləşən FREYWILLE butikində əldə etmək olar – sizə maraqlı olan bütün məlumatları +994 12 464 07 55 əlaqə nömrəsi, [email protected] elektron poçt ünvanı və bu linkə keçərək, brendimizin rəsmi saytından öyrənə bilərsiniz.

Reklam hüququnda

 

 

Paylaş:
4109

Son xəbərlər

COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıb - VİDEOBu gün, 13:10
Bütün xəbərlər