Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın görüşü 3 saatdan çox davam edib

Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.
Bu barədə 1news.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə, ATƏT Nazirlərinin Bratislavada keçirilən iclası çərçivəsində baş tutan və üç saat yarımdan çox davam edən görüşü zamanı tərəflər geniş müzakirələr aparıblar.
Məlumatda qeyd olunur ki, görüşdə tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr aparıblar. Nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi barədə razılığa gəldilər.
1news.az