Baş prokuror Sabunçuda azyaşlı qardaşlara işgəncə verilməsi ilə bağlı araşdırmaları xüsusi nəzarətə götürdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş prokuror Sabunçuda azyaşlı qardaşlara işgəncə verilməsi ilə bağlı araşdırmaları xüsusi nəzarətə götürdü

16:52 - 09 / 12 / 2019
Baş prokuror Sabunçuda azyaşlı qardaşlara işgəncə verilməsi ilə bağlı araşdırmaları xüsusi nəzarətə götürdü

Baş prokuror Zakir Qaralov Bakının Sabunçu rayonunda azyaşlıların valideynləri tərəfindən işgəncələrə məruz qalması barədə yayılan məlumatları nəzarətə götürüb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov öz "Facebook" səhifəsində məlumat verib: "Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları ilə əlaqədar yayılmış informasiyalar üzrə araşdırmanın aidiyyəti dövlət qurumlarının nümayəndələri cəlb edilməklə aparılması Bakı şəhər prokurorluğuna tapşırılıb.

Baş vermiş hadisə ilə bağlı araşdırmalar Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb".

S.Xankişiyeva

 

Paylaş:
660

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər