Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin vaxtı təyin edildi | 1news.az | Xəbərlər
Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin vaxtı təyin edildi

17:05 - 09 / 12 / 2019
Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin vaxtı təyin edildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 9-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

1news.az-ın verdiyi xəbərə görə,  sərəncamda bildirilir ki, beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamına uyğun olaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 1-ci bəndinə əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

S.Xankişiyeva

 

Paylaş:
564

Son xəbərlər

Bütün xəbərlər