İlham Əliyev Keniya Prezidentini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Keniya Prezidentini təbrik edib

16:37 - 10 / 12 / 2019
İlham Əliyev Keniya Prezidentini təbrik edib

Prezident İlham Əliyev Keniya Prezidenti Uhuru Kenyattaya təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Keniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu xoş gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza sülh və tərəqqi diləyirəm".

S.Xankişiyeva

 

Paylaş:
447

Son xəbərlər

Bütün xəbərlər