Azərbaycanda “Your English Voice” müsabiqəsinə qeydiyyat açıq elan olunur

İngilis dili biliyini təkmilləşdirmək, müxtəlif sosial problemlərin həlli yolunu axtarmaq və böyük bir komandanın üzvü olmaq istəyirsənsə “Your English Voice” müsabiqəsinə qoşul və Birləşmiş Krallığın ən qabaqcıl dil məktəblərindən biri olan “İnternational House Manchester”-də 2 həftəlik ingilis dili kursunda iştirak etmək imkanı qazan!
1news.az-ın “Sabah” qruplarına istinadən verdiyi məlumaya əsasən, müsabiqədə Təhsil Nazirliyinin tabeliyində, Bakı şəhərində yerləşən dövlət ali təhsil müəssisələrinin II və III kurs tələbələri iştirak edə bilər.
Universitetlərin siyahısı ilə elanın sonunda tanış ola bilərsiniz.
Müsabiqənin mərhələləri bunlardır:
- İngilis dili üzrə test imtahanı
- İngilis dilində video müsabiqə (komanda şəklində)
- İngilis dilində təqdimat (komanda şəklində)
Müsabiqəyə qoşulmaq üçün 15 yanvar 2020-ci il tarixinədək www.yourenglishvoice.edu.az portalından uyğun qaydada qeydiyyatdan keçməyiniz tələb olunur.
Müsabiqə mərhələləri haqqında ətraflı məlumat mütəmadi olaraq www.sabah.edu.az saytında paylaşılacaqdır.
“Your English Voice” müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi və “British Council Azərbaycan” təşkilatının birgə təşkilatçılığı, “Vətəndaş Cəmiyyətində Debat” İctimai birliyi və “International House Manchester” dil məktəbinin tərəfdaşlığı ilə keçirilir.
1news.az