Xoşbəxt Yusifzadə: Heydər Əliyevin Vətənimiz qarşısında xidmətləri ölçüyəgəlməzdir | 1news.az | Xəbərlər
Cəmiyyət

Xoşbəxt Yusifzadə: Heydər Əliyevin Vətənimiz qarşısında xidmətləri ölçüyəgəlməzdir

16:23 - 12 / 12 / 2019
Xoşbəxt Yusifzadə: Heydər Əliyevin Vətənimiz qarşısında xidmətləri ölçüyəgəlməzdir

"Müstəqil Azərbaycanın yaradıcısı və qurucusu olan Heydər Əliyevin Vətənimiz qarşısında xidmətləri ölçüyəgəlməzdir".

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Dövlət Neft Şirkətinin vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.

Onun sözlərinə görə, ölkəmizin indiki və gələcək taleyi isə Azərbaycanda dövlətçiliyin qarantı olan, Heydər Əliyev siyasi xəttini və diplomatiyasını beynəlxalq aləmdə uğurla təmsil edən, yüksək intellektual səviyyəsi, biliyi, bacarığı ilə seçilən
yeni tipli dövlət xadimi Prezident İlham Əliyevin liderlik fəaliyyəti ilə bağlıdır. Ulu öndərin Azərbaycan xalqı və dövləti üçün, eləcə də respublikamızın neft sənayesi üçün gördüyü işləri danışmaqla, yazmaqla qurtaran deyil:

X.Yusifzadə əlavə edib ki, son 20 ildə Azərbaycanın neft-qaz sənayesinin keçdiyi yola nəzər salarkən demək olar ki, "Əsrin müqaviləsi" ilə başlanmış yeni neft strategiyası Azərbaycan iqtisadiyyatının, xüsusən sənayenin və neft sektorunun müasirləşməsi üçün təməl olub. Ümummilli lider Heydər Əliyev haqqında hələ bundan sonra da çox danışılacaq.

Akademik bildirib ki, adı dünyanın müasir tarixinə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi yazılmış Heydər Əliyev təmsil etdiyim yaşlı nəslin gördüyü və yaxşı tanıdığı ən parlaq, ən zəkalı və ən müdrik insan, mürəkkəb dünya siyasətində ən görkəmli simalardan biri idi:

"Onunla ilk tanışlığım 1967-ci ilə aiddir. Ulu öndər o vaxt Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinin sədri idi. Türkiyənin o zamankı baş naziri Süleyman Dəmirəl Moskvada keçirdiyi rəsmi görüş və danışıqlardan sonra Azərbaycana gəlmişdi. Burada o, dəniz neftçilərinin işi ilə tanış olmaq istəmişdi. Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda respublika iqtisadiyyatının bütün sahələrində, o cümlədən neft və qaz sənayesində böyük tənəzzül hökm sürürdü. Bu geriliyi aradan qaldırmaq üçün o, əsl mübarizəyə başladı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1970-ci ilin dekabrında keçirilmiş plenumu yaxşı yadımdadır. Heydər Əliyev plenumdakı məruzəsində respublikanın neft sənayesinin işini dərindən təhlil etdi. Geriliyin səbəblərini göstərdi, gələcəkdə görüləcək işlərin proqramını verdi. O vaxtdan da neft və qaz sənayesində illərlə yığılıb qalmış problemlərin həllinə başlandı. Xəzər dənizində və quruda yataqların mənimsənilməsi prosesi gündən-günə sürətləndi. Beləliklə, hərtərəfli düşünülmüş, qlobal tədbirlərin həyata keçirilməsinə start verildi. Ötən əsrin 70-80-ci illərində neft sənayesi üçün müxtəlif təyinatlı 400-dən çox gəmi alındı. Bunların arasında kran gəmiləri, o cümlədən 2500 ton gücündə "Azərbaycan" kran gəmisi, borudüzən və seysmik gəmilər, sərnişin gəmiləri və s. var idi".

X.Yusifzadə qeyd edib ki, geoloji-kəşfiyyat işləri üçün neftçilərin sərəncamına əvvəlcə "Xəzər" özüqalxan qazma qurğuları, sonra isə "Şelf" tipli yarımdalma üzən qazma qurğusu verildi. Dünyada analoqu olmayan Dərin Dəniz Özülləri Zavodu inşa edildi. Bu nadir müəssisənin Bakıda tikilməsi üçün sovet rəhbərliyinin 450 milyon ABŞ dolları ayırması və Həştərxanda tikilməsi nəzərdə tutulmuş zavodun Azərbaycanda inşa olunması da Heydər Əliyevin iradəsi və cəsarətinin nəticəsi idi. Bütün bunlar 1970-ci ildən bilavasitə dənizin içərilərinə doğru istiqamətləndirilmiş mühüm təşkilati tədbirlərin məntiqi davamı idi. Həmin il Azərbaycanın Neft Sənayesi Nazirliyi ləğv olundu və əvəzində "Azneft" və "Xəzərdənizneft" istehsalat birlikləri yaradıldı. Mən o zaman dənizdə çalışırdım. SSRİ Neft Sənayesi Nazirliyi Azərbaycan neftçilərinin dəniz şəraitindəki iş təcrübəsini nəzərə alaraq, Xəzərin bütün sektorlarında- İranla sərhəddən Şimali Xəzərədək uzanan çox geniş bir ərazidə geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar işlərini və s. bizə həvalə etdi. Beləliklə də Xəzərin dərinliklərində neft və qazla zəngin yataqlarınkəşf edilməsinə imkan yarandı. İndi adları dünyada məşhur olan "Günəşli", "Azəri", "Çıraq", "Şahdəniz", "Kəpəz" yataqları kəşf olundu".

X.Yusifzadənin sözlərinə görə, Heydər Əliyevin rəhbərliyi dövründə respublikanın neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. Sovet İttifaqı dağılanadək dənizin Türkmənistan, Qazaxıstan və Rusiya sektorlarında da səmərəli kəşfiyyat işləri aparan Azərbaycan neftçiləri dənizdə 350-dən çox struktur aşkar etdilər:

"1994-cü il sentyabrın 20-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi və İlham Əliyevin bilavasitə iştirakilə işlənib hazırlanmış və tarixə "Əsrin müqaviləsi" kimi düşmüş məşhur saziş imzalandı. Bu, Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdə Heydər Əliyevin yeni neft siyasətinin birinci şah əsəri oldu.Yeri gəlmişkən deyim ki, Prezident Heydər Əliyevin fərmanı ilə həmin önəmli tarix-20 sentyabr 2001-ci ildən ölkəmizdə Neftçilər Günü kimi qeyd olunur".

Akademik deyib ki, Azərbaycanda neft və qaz sənayesi inkişafının Prezident İlham Əliyev dövrü də bizim neft və qaz epopeyasının parlaq səhifələridir:

"Son 16 ildə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin neft və qaz strategiyasının həyata keçirilməsi yolunda elə böyük işlər görülüb ki, bunlar Azərbaycanı Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, dünyanın enerji xəritəsini dəyişən bir dövlətə çevirib".

1news.az

Paylaş:
368

Son xəbərlər

QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb - FOTO20 / 05 / 2024, 19:42Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir - FOTO - VİDEO20 / 05 / 2024, 19:18Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib20 / 05 / 2024, 18:05“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib20 / 05 / 2024, 17:49“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib, ƏƏSMN-ə yeni səlahiyyət verilib20 / 05 / 2024, 17:45Ağdamda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə20 / 05 / 2024, 17:34Mərkəzi Bank yenilənmiş 1 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb20 / 05 / 2024, 17:25Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb20 / 05 / 2024, 17:04Qarabağ Universitetinin rektoru təyin edilən Şahin Bayramov kimdir? - DOSYE20 / 05 / 2024, 17:01Qarabağ Universitetinə rektor təyin edilib20 / 05 / 2024, 16:56Aksiz markasız külli miqdarda siqaretlər aşkar edilib20 / 05 / 2024, 16:51Lisey və gimnaziyalara qeydiyyat başlayıb20 / 05 / 2024, 16:37Muxtar Babayev Latviya Seyminin sədri ilə COP29-a hazırlığı müzakirə edib20 / 05 / 2024, 16:20Direktor müavini: Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar20 / 05 / 2024, 16:12Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEO20 / 05 / 2024, 15:36İlham Əliyev: Regionda sülh üçün tarixi imkanlar yaranıb20 / 05 / 2024, 15:23Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB20 / 05 / 2024, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilib20 / 05 / 2024, 14:55Xankəndiyə prokuror təyin edilib20 / 05 / 2024, 14:52ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTO20 / 05 / 2024, 14:51
Bütün xəbərlər