Ümummilli lider Heydər Əliyevin anım günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Ümummilli lider Heydər Əliyevin anım günüdür

09:10 - 12 / 12 / 2019
Ümummilli lider Heydər Əliyevin anım günüdür

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 16 il keçir.

1news.az-ın məlumatına görə, Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda ümummilli lider Heydər Əliyevin anım mərasimləri təşkil olunur.

Dövlət qurumları, siyasi partiyalar, QHT, media orqanları və ictimaiyyətin nümayəndələri bu günlərdə Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edirlər.

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları da Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım mərasimləri təşkil edirlər.

Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 10-da keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

1news.az

Paylaş:
646

Son xəbərlər

Tovuzda evdə yanğın olubBu gün, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edibBu gün, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıbBu gün, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıbBu gün, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıbBu gün, 14:49İlham Əliyev: Rəisi İran və Azərbaycan xalqının yaddaşında parlaq dövlət xadimi kimi qalacaqBu gün, 14:32Cavanşir yolötürücüsünün söküntüsü davam edirBu gün, 14:28Şəhid Əliyar Ələkbərov Keşlədəki Şəhidlər xiyabanında dəfn olunub - YENİLƏNİBBu gün, 14:19Azərbaycan Real Aykido İdman Klubu İctimai Birliyinə himn yazılıb - VİDEOBu gün, 14:08Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Siyavuş Məmmədov dəfn edilibBu gün, 14:05Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyev dəfn olunub - YENİLƏNİBBu gün, 13:52Biznesə dəstək, qarşıya qoyulan hədəflər, sahibkarların istəkləri - KOBİA-dan suallara CAVABBu gün, 13:45İlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib - YENİLƏNİBBu gün, 13:37Bakı aeroportuna işləyən avtobusların intervalı 25 dəqiqəyə endirilibBu gün, 13:07Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib - YENİLƏNİBBu gün, 13:03Bakıda Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olubBu gün, 12:51Azərbaycana turist axını 39 faiz artıbBu gün, 12:35Sabah yağış yağacaq - ProqnozBu gün, 12:26Azərbaycanda zərgərlik üzrə yeni dövlət standartları qəbul edilibBu gün, 12:07Bakıda Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Xasiyevlə vida mərasimi keçirilibBu gün, 11:37
Bütün xəbərlər