Dönərxanalara yararsız toyuq əti paylayan müəssisənin fəaliyyəti məhdudlaşdırılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dönərxanalara yararsız toyuq əti paylayan müəssisənin fəaliyyəti məhdudlaşdırılıb – FOTO

11:50 - 12 / 12 / 2019
Dönərxanalara yararsız toyuq əti paylayan müəssisənin fəaliyyəti məhdudlaşdırılıb – FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daxil olan məlumata əsasən Gəncə şəhəri, 1-ci mikrorayon, Fərhad Əliyev küçəsində fəaliyyət göstərən toyuq emalı sexinə yoxlama keçiriblər.

AQTA-dan 1news.az-a verilən  məlumata görə, yoxlama zamanı müəssisənin antisanitar şəraitdə, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət etmədən və qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi müəyyən olunub.

Məlum olub ki, müəssisə yüksək riskli məhsullar qrupuna daxil olan toyuq ətini (budunu) emal edərək müxtəlif dönərxanalara paylanması zamanı normativ sənədlərin tələblərinə əməl etmir.

Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub. Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləməkMətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

S.Xankişiyeva

Paylaş:
329

Son xəbərlər

Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıbBu gün, 16:04Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 15:55Tovuzda evdə yanğın olubBu gün, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edibBu gün, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıbBu gün, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıbBu gün, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıbBu gün, 14:49İlham Əliyev: Rəisi İran və Azərbaycan xalqının yaddaşında parlaq dövlət xadimi kimi qalacaqBu gün, 14:32Cavanşir yolötürücüsünün söküntüsü davam edirBu gün, 14:28Şəhid Əliyar Ələkbərov Keşlədəki Şəhidlər xiyabanında dəfn olunub - YENİLƏNİBBu gün, 14:19Azərbaycan Real Aykido İdman Klubu İctimai Birliyinə himn yazılıb - VİDEOBu gün, 14:08Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Siyavuş Məmmədov dəfn edilibBu gün, 14:05Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyev dəfn olunub - YENİLƏNİBBu gün, 13:52Biznesə dəstək, qarşıya qoyulan hədəflər, sahibkarların istəkləri - KOBİA-dan suallara CAVABBu gün, 13:45İlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib - YENİLƏNİBBu gün, 13:37Bakı aeroportuna işləyən avtobusların intervalı 25 dəqiqəyə endirilibBu gün, 13:07Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib - YENİLƏNİBBu gün, 13:03Bakıda Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olubBu gün, 12:51Azərbaycana turist axını 39 faiz artıbBu gün, 12:35Sabah yağış yağacaq - ProqnozBu gün, 12:26
Bütün xəbərlər