Türkiyəli həkimlər Bakıda ürək qüsurlu uşaqları müayinə edəcəklər | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyəli həkimlər Bakıda ürək qüsurlu uşaqları müayinə edəcəklər

13:24 - 13 / 12 / 2019
Türkiyəli həkimlər Bakıda ürək qüsurlu uşaqları müayinə edəcəklər

Türkiyənin həkimləri Mərkəzi Gömrük Hospitalında ürək qüsurlu uşaqları müayinə edəcəklər.

Bu barədə 1news.az-a sözügedən hospitaldan məlumat veriblər. Məlumata görə, Mərkəzi Gömrük Hospitalının həkim heyəti Türkiyənin məşhur Florence Nightingale Xəstəxanalar Qrupunun ürək-damar cərrahı professor Bülent Polat, pediatr-neonatoloqu Ozan Uzunhan ilə birlikdə 16-17 dekabr  və  pediatrik kardioloqu  professor Yalım Yalçın 16 dekabr tarixlərində ürək qüsurlu balaca pasiyentləri qəbul edəcək, onları müayinə edib zəruri müalicə təyin edəcəklər.

Müayinələrə yazılmaq üçün (012) 404-08-08 telefon nömrəsinə zəng vura və ya (050) 404-08-08 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Qeyd edək ki, Florence Nightingale Xəstəxanalar Qrupu Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşıdır.

1news.az

Paylaş:
713

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər